Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilmiş dəyişikliklər çərçivəsində elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı ilə bağlı yeni qadağalar tətbiq olunub. Qanuna əsasən, 60 Vt və daha yüksək gücə malik olan közərmə lampalarının idxalı, satışı və istifadəsi artıq qadağan edilib və bu qadağa 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Həmçinin, 25 Vt-dan 60 Vt-a qədər (25 Vt daxil olmaqla) gücə malik olan közərmə lampaları üçün qadağa gələn il iyulun 1-dən tətbiq olunacaq.
Bu dəyişikliklər elektrik enerjisinin səmərəli istifadəsini təşviq etmək və daha müasir, enerji qənaətcil işıqlandırma texnologiyalarına keçidi sürətləndirmək məqsədi daşıyır.
Maraqlıdır ki, közərən lampaların qadağa olunmasına səbəb nədir? Doğurdanmı bu lampalar təhlükəlidir?
Məsələ ilə bağlı fizika üzrə fəlsəfə doktoru Elşən Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, közərmə lampaları çox enerji sərf etsə də, əldə olunan işıq nisbətən azdır:

“Əslində belə lampalar enerjinin böyük hissəsini işıq yox, istilik yaratmağa sərf edir. Enerjinin bu şəkildə itirilməsi yalnız fərdi istifadə üçün deyil, böyük miqyaslı işıqlandırma sistemləri üçün də ciddi problem yaradır. Daha çox enerji sərfiyyatı daha çox xərc və daha çox karbon emissiyası deməkdir. Bu isə həm iqtisadi, həm də ekoloji baxımdan mənfi nəticələrə səbəb olur. Bundan əlavə, yüksək temperatur filamentin tez sıradan çıxmasına səbəb olur. Filament zamanla nazilir və qırılır. Bu səbəbdən közərmə lampalarının işləmə müddəti təxminən 1000 saatla məhdudlaşır. Qısa ömür və yüksək enerji itkisi bu lampaların əsas çatışmazlıqlarıdır. Məhz bu səbəblərə görə son onilliklərdə bir çox ölkələrdə közərmə lampalarından kütləvi şəkildə imtina olunmağa başlanıb. Onların aşağı effektivliyi və yüksək enerji itkisi bu texnologiyanın müasir tələblərə cavab verməməsinə səbəb olmuşdu”.
Müasir dövrdə közərmə lampaları ilə yanaşı led lampalardan istifadəsi çoxalıb. Ekspertin sözlərinə görə, son onilliklərdə işıqlandırma texnologiyasının ən mühüm və perspektivli istiqaməti LED əsaslı bərk cisim işıqlandırması hesab olunur:
“LED (Light Emitting Diode) yarımkeçirici material əsasında işləyən işıq mənbəyidir. LED-lərdə işıq elektrolüminessensiya prosesi nəticəsində yaranır. Elektrik cərəyanı yarımkeçirici materialdan keçərkən elektron və deşiklərin rekombinasiyası baş verir və bu zaman fotonlar, yəni işıq kvantları yaranır. Bu proses istilik şüalanmasından daha effektivdir və enerji itkiləri xeyli az olur. Müasir ağ LED-lər adətən mavi və ya ultrabənövşəyi LED çipi ilə fosfor maddəsinin kombinasiyasından ibarətdir. Fosfor şüalanmanın dalğa uzunluğunu dəyişdirərək ağ işıq əmələ gətirir. Bu texnologiyada əsas məqsəd lüminessensiya effektivliyinin artırılması və rəng stabilliyinin yaxşılaşdırılmasıdır. LED texnologiyasının mühüm üstünlüklərindən biri onların yüksək enerji effektivliyidir. Müasir LED lampalarda işıq effektivliyi 100 lm/Vt və daha yüksək qiymətlərə çata bilir. Bu göstərici həm közərmə, həm də lüminessent lampalardan xeyli yüksəkdir. Bundan əlavə, LED lampaların işləmə müddəti də çox uzundur. Onların orta işləmə müddəti on minlərlə saat ola bilər və bəzi hallarda 100000 saata qədər çatır. Bu isə digər işıq mənbələri ilə müqayisədə çox böyük üstünlükdü”.
Nurcan Babək
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınma həcmi 4 milyon tona çatıb - EKSPERT
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ










