Kredit götürərkən diqqət edilməli 6 vacib məqam

Əksər vaxt insanlar həyatda qısa müddət ərzində rahat yaşamaq, bəzən də başqalarından geri qalmamaq üçün ehtiyacı olan və ehtiyac kimi gördüyü şeyləri əldə etməyə can atırlar. Avtosfer.az moneta.az-a istinadən bildirir ki, amma, unutmamaq lazımdır ki, düşünmədən ehtiyacımız olmayan şeyləri alarsaq bir müddət sonra ehtiyacımız olan şeyləri satmaq məcburiyyəti ilə qarşı qarşıya qalarıq. Ona görə də kredit götürərkən bir sıra məqamlara diqqət etmək lazımdır. Onlardan 6 vacib meqama aşağıda nəzər salaq.
1. Unutmaq lazım deyil ki, kredit hədiyyə deyil, müəyyən faiz qarşılığında geri qaytarılması şərti ilə verilmiş pul vəsaitidir. Ona görə də ehtiyacınızdan artıq kredit götürməyin. Çünki, götürdüyünüz pulu faizi ilə birgə geri qaytarmalısınız.
2. Məsləhət odur ki, gəlir götürə biləcəyiniz sahələrə görə kredit götürəsiniz. Hansısa bir ev əşyasını bir müddət sonra nağd formada da almaq olar.
3. Əgər tarixçənizin korlanmasını və həyat şərtlərinizin pisləşməsini istəmirsinizsə kredit götürərkən gəlir və xərclərinizi dərindən analiz etməyiniz vacibdir.
4. Hər bir halda yerli valyutada kredit götürməyiniz məqsədə uyğundur. Müqavilələri imzalayarkən şərtləri diqqətlə oxumaq, kreditin valyutası, faizi, müddəti və digər müddəaları nəzərdən keçirmək lazımdır. Əks halda sonradan bankla aranızda müəyyən çətinliklərin ortaya çıxacağı danılmazdır.
5. Aylıq ödəniş məbləğinizi təyin edərək, cari vəziyyətə görə deyil, işinizin ən pis vaxtlarında belə rahat şəkildə ödəyə biləcəyiniz məbləği təyin edin. Və ən əsası da özünüzü bir neçə bankla yükləməməyə çalışın. Əgər bir neçə bankda kreditiniz varsa, ödəniş tarixlərini düzgün seçməyə çalışın.
6. Kredit götürdüyünüz bankın da bəzi göstəricilərini gözdən keçirməkdə fayda var. Məsələn, geri ödəniş kanalları, müştəri məmnuniyyəti və digər cəhətlər. Bunlar, ilk baxışda çox önəmli mövzular kimi görünməsə də, sonradan müəyyən problemlərin ortaya çıxmasına səbəb olur. Qeyd edilən məsələlərin adi qarşılanması sonradan banklarla üzləşəcəyimiz problemlərin dərinləşməsinə səbəb olacaq.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












