Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin beynəlxalq təcrid olunmadığını nümayiş etdirmək məqsədilə müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə xüsusi önəm verir.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu hesab edir ki, son günlər Kazanda təşkil olunan ASEAN sammiti də məhz bu məqsədə xidmət edib.
.jpg)
Onun sözlərinə görə, iyunun 17-19-da Tatarıstanın paytaxtı Kazanda keçirilən sammitdə ASEAN-a üzv və tərəfdaş ölkələrin nümayəndələri iştirak ediblər. Forum çərçivəsində Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin və Şərqi Timordan olan rəsmilər müxtəlif məsələləri müzakirə ediblər.
Sammitin keçirildiyi günlərdə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində, o cümlədən enerji infrastrukturuna qarşı pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirirdi. Buna baxmayaraq, Vladimir Putin çıxışlarında müharibə mövzusuna toxunmayaraq daha çox iqtisadi və regional əməkdaşlıq məsələlərinə diqqət ayırıb.
Elxan Şahinoğlunun fikrincə, Kazan və bundan əvvəl Sankt-Peterburqda keçirilən beynəlxalq forumlar Kremlin dünyaya vermək istədiyi əsas mesajı ortaya qoyur. Rusiya Ukraynaya qarşı müharibəyə baxmayaraq, beynəlxalq əlaqələrini qoruyub saxlayır və tam təcrid olunmayıb.
Putin Kazandakı tədbirdən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüş keçirib. Hakan Fidan səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.
Sammit çərçivəsində Putinlə Filippin Prezidenti Ferdinand Markos arasında keçirilən görüşə xüsusi diqqət çəkib. Görüş Pekində narahatlıq yaradıb. Çünki Çin və Filippin arasında Cənubi Çin dənizindəki mübahisələr səbəbindən münasibətlər son illərdə xeyli gərginləşib.
Politoloq vurğulayıb ki, Pekin və Manila arasında qarşıdurma yalnız siyasi müstəvidə deyil, hərbi sahədə də özünü göstərir. Tərəflər arasında dəniz əraziləri ilə bağlı mübahisələr davam edir və bu məsələ iki ölkə arasında münasibətlərin əsas problemidir.
Vladimir Putinin Filippin lideri ilə görüşü Moskvanın Pekinə ünvanladığı siyasi mesaj kimi qiymətləndirilə bilər. O hesab edir ki, Kreml Çinlə strateji tərəfdaşlıq münasibətlərini davam etdirsə də, Pekinin Ukrayna müharibəsi fonunda Rusiyaya gözlənilən səviyyədə dəstək vermədiyini düşünür.
Elxan Şahinoğlunun fikrincə, Çinin Rusiya enerji resurslarını daha sərfəli şərtlərlə alması, eyni zamanda Avropa İttifaqı və ABŞ ilə dialoqu genişləndirməsi də Moskvanın diqqətindən yayınmır. Bu səbəbdən Kreml Pekinin regional rəqibləri ilə əlaqələrini inkişaf etdirməyə çalışaraq Çinə müəyyən siyasi mesajlar verməyə cəhd göstərir.
Eltac Zülfüqaroğlu
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












