Kubada təyyarə qəzası qurbanlarının dəfni mərasimi başlayıb

Kubada təyyarə qəzası qurbanlarının dəfni mərasimi başlayıb. "Report" "Qranma" nəşrinə istinadən xəbər verir ki, ilk olaraq sahilyanı Xibara şəhərciyinin 29 yaşlı müəlliməsi Suyen Lisandro Fiqeredo və onun 7 yaşlı qızı Alekso ilə vida mərasimi keçirilib. Nəşrin məlumatına görə, mərasim yerli mədəniyyət evində baş tutub. Havana İnstitutunun Məhkəmə Tibb Ekspertizasının rəhbəri Serxio Rabell bildirib ki, qəzanın 20 qurbanının cəsədləri müəyyən edilib. Onun sözlərinə görə, cəsədlərin tanınması hələ bir neçə həftə davam edəcək. Bununla belə, həkimlər qəzada ağır xəsarət alan 3 qadının həyatını xilas etmək uğrunda mübarizəni davam etdirirlər. Onlar Havananın Kaliksto Qarsiya adına xəstəxanada kritik vəziyyətdədirlər. Mayın 19-u və 20-i faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ölkədə ümummilli matəm elan olunub. Ölkənin hər yerində dövlət bayraqları endirilib.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












