Küçələrə icazəsiz reklam vuranlar cəzalandırılacaq - VİDEO

Paytaxtın müxtəlif yerlərində qanunsuz olaraq müxtəlif reklamlar yapışdırılır. Avtosfer.az xəbər verir ki, Bakı şəhərinin müxtəlif yerlərində divarlara, metronun havalandırma borularının üzərində tez-tez kortəbii yapışdırılmış reklamları görmək mümkündür.
Dövlət Reklam Agentliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri bildirir ki, belə hallarla mübarizə aparılır. İlk olaraq isə bunu edənlərin maarifləndirilməsi üçün tədbirlər görülür.
Ancaq şəhərin müxtəlif yerlərinə qanunsuz olaraq elan yapışdıran şəxslər xəbərdarlıqlara məhəl qoymazlarsa, onda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.
Qurumun sözçüsü onu da qeyd etdi ki, "Reklam daşıyıcılarının onlayn qeydiyyat" sistemi qısa zamanda istifadəyə veriləcək. Bununla da reklam vermək istəyən şəxslər ərazidən asılı olaraq xərclərini avtomatik öyrənə biləcək. Bu isə reklam sahəsində həm şəffaflığı təmin edəcək, həm də reklam vermək üçün əlavə vaxt itkisinə ehtiyac qalmayacaq.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












