Külək 76 ağacı aşırdı - Daha çox Yasamal və Nəsimi rayonlarında

Ötən gündən paytaxtda əsən güclü külək şəhərin müxtəlif yerlərində fəsadlar yaradıb. Avtosfer.az xəbər verir ki, Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun Trend-ə verdiyi məlumata görə, bu saata qədər paytaxtda müxtəlif ünvanlarda 76 ağac aşması faktı ilə bağlı müraciətlər daxil olub:
“Dünəndən bu günə şəhərin müxtəlif yerlərindən, əsasən Yasamal və Nəsimi rayonlarından ağac aşması ilə bağlı müraciətlər daxil olub. Bitkilərin mühafizəsi şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək gecə saat 03:00 radələrinə qədər hər bir ünvana əməkdaşlar cəlb edib, bütün fəsadlar aradan qaldırılıb. Bu saata qədər müraciətlər daxil olmuş ərazilərin 99 faizi aşan ağaclardan təmizlənib. Aşan ağaclar ətrafda olan maşınlara ziyan vurmayıb”. Şöbə rəisi qeyd edib ki, aşan ağaclar arasında qurumuş, yaşlı ağaclardan başqa, sağlam ağaclar da var. O.Məmmədov deyib ki, hazırda texnikaların hər biri şəhərin müxtəlif yerlərində hazır vəziyyətdədir, aşma ehtimalı olan ağaclar nəzarət altındadır: "Ancaq buna baxmayaraq, sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar".
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR












