Külli miqdarda brilyant qaşın qanunsuz gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda brilyant qaşların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısını alıblar. Komitədən Avtosfer.az-a verilən məlumata görə, bu gün İstanbul-Bakı aviareysinin sərnişini, Türkiyə vətəndaşı Ecer Bilal gömrük nəzarət zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən, mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib. E.Bilala məxsus əl yükü 1-ci terminalın gəliş zalında quraşdırılmış rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə, sərnişin saxlanılıb və onun çantası yoxlanılıb. Bu zaman qəhvəyi rəngli dəri bel çantasının alt hissəsinin astarı kəsilərək gizlədilmiş, yapışqan lentlə üzlənmiş 1ədəd kağız büküm və həmin bükümün içərisində 5 ədəd kiçik həcmli polietilen paketlər aşkar olunub. Kiçik həcmli polietilen paketlərə ayrı-ayrılıqda baxış keçirilərkən gömrük nəzarətindən gizlədilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisi 95 qram olan 2 638 ədəd brilyant qaşlar aşkar olunub. Faktla bağlı araşdıma aparılır.
Namiq
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO










