Külli miqdarda narkotik dövriyyədən çıxarılıb - FOTO

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, aprelin 9-da bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, həçminin xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsindəki evlərin birindən çəkisi 525 qram olan marixuana aşkar edilərək götürülüb. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Natiq Bəşirovdan 11,55 qram, evindən isə əlavə olaraq çəkisi 3 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.
Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Mərdəkan qəsəbə sakini Sahib Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 230 ədəd, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Mirzəqurbanlı kənd sakini Faiq Yusifova məxsus həyətyanı sahədən 91 ədəd, Kür çayının sahilindən isə 224 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər göütürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Fərid
Bu yolda sürücülər üçün ciddi təhlükə - Təkərlər cırılır – VİDEO
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO
Bu körpənin valideynləri axtarılır - FOTO
SEPAH-dan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ: "Güc tətbiq ediləcək"
Qarabağda və Şərqi Zəngəzurda layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir - Prezident İlham Əliyev
Paytaxtın 14 küçəsində sıxlıq var - SİYAHI
Avtomobillər üçün böyük maneə - Bu məhsul tükənir
Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək - SİYAHI - FOTO
İstehlak kreditləri bahalaşır; artan faizlər vətəndaşın cibinə necə təsir edir? – İQTİSADÇI EKSPERT
Ermənistandakı sammit region üçün niyə vacibdir? - POLİTOLOQ
Süni intellektin inkişafı insanların iş yerlərini itirməsinə səbəb ola bilər? – Ekspert RƏYİ
















