Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Sabirabad rayon Polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Qəmbərovun evindən çəkisi 8 kiloqram marixuana götürülüb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional şöbəsi əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Nəzərovdan 4 qrama yaxın, habelə şəhər ərazisindəki tikililərin birində gizlətdiyi yerdən əlavə 433 qr marixuana götürülüb. Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi rayon Polis idarəsi 4-cü polis bölməsi əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Heydərovdan 465 qram marixuana aşkar edilib. Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Qocayevdən 445 qram marixuana götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












