Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ramazanovdan narkotik vasitə olan marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 800 qram marixuana da götürülüb. Ağcabədi rayon Polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Niyaməddin Həsənovun evindən 2 kiloqram 700 qram marixuana götürülüb. Ağsu rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Bəkirzadədən 36 qram, evindən isə 455 qram marixuana və 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












