Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 19-da keçirilən tədbirlər nəticəsində 27 kiloqrama yaxın narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Elman Həsənovun evindən çəkisi 25 kiloqram 882 qram marixuana aşkar edilərək götürülüb. Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köçərli kənd sakini Tarix Gülverdizadənin idarə etdiyi “Mercedes” markalı avtomobildən 208 ədəd, şəhər sakini, əvvəllər məhkum olunmuş Cahid Bağırovdan isə 53 ədəd metadon həbləri aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə C.Bağırova həbləri satmaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Səid Məmmədli də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Namiq
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO
Prezident İlham Əliyevə fəxri doktor adı verildi - FOTO
Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakının neft bumu şəhərin quruculuğuna necə təsir edib? - ARAŞDIRMA - FOTO










