Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb - Göyçay və Masallıda

Aprelin 24-də Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini Əlixan Məmmədovdan şəxsi axtarış zamanı marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətindəki qarajda gizlətdiyi 485 qram marixuana da aşkar edilərək götürülüb.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Tağıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu, yaşadığı evdən isə gizlətdiyi çəkisi 435 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülümüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












