Külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həb dövriyyədən çıxarılıb

Mayın 12-13-də ölkə ərazisində 7 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Ələmdar Rəhimovdan 1 kiloqram 310 qram tiryək götürülüb. Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Tağıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, habelə yaşadığı evdən çəkisi 3 kiloqram 256 qram tiryək aşkar edilib.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində Şıxlar kənd sakini, əvvəllər məhkum olunmuş Mürvət Rzayevdən 4 qram heroin, yaşadığı evdən isə 2 kiloqram 250 qram marixauna götürülüb.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Orucovdan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən 115 ədəd “Tramadol” və 7 ədəd “Lirika” həbləri aşkar edilərək götürülüb.
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Mərdəkan qəsəbə sakini Qənbər Əliyevdən marixuana və metamfetamin, həyətyanı sahəsindən isə kultivasiya yolu yetişdirilmiş 170 ədəd çətənə kolu, 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazim Mirzəyevə məxsus həyətyanı sahədən kultivsiya yolu yetişdirilmiş 24 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Fərid
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












