"Kürd Vüqar" apellyasiya şikayəti verib

Abşeronda xalasının ərinin yumruqla ölümünə səbəb olmaqda təqsirləndirilən, "Kürd Vüqar" ləqəbli ilə tanınan Vüqar Hüseynovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, V.Hüseyovla yanaşı, zərərçəkmiş tərəf də apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. "Kürd Vüqar" cəzasının yüngülləşdirilməsini, zərərçəkmiş tərəf isə təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyir. Məhkəmənin iclası dekabrın 5-nə təyin edilib. Apellyasiya şikayəti hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, hadisə bu il Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












