Kürdəmir bazarındakı geyim mağazasında narkotik satan şəxs tutulub - FOTO

Kürdəmir rayonunda narkotik maddələrin alğı-satqısı ilə məşğul olan şəxs tutulub. Avtosfer.az "Report"a istinadən məlumatına görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri operativ və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini Elnur Fərhad oğlu Əlizadə bazarda işlətdiyi geyim mağazasında narkotik maddələri satarkən iş başında yaxalanıb. O, bu işlə artıq bir ildir məşğul olduğunu etiraf edib və onun işlətdiyi geyim mağazasındakı paltarların arasında gizlədilmiş 7 ədəd kağıza bükülmüş heroin, 1 ədəd kibrit qutusunda marixuana, eləcə də müxtəlif psixotrop tərkibli həblər aşkar edilərək götrülüb. Bundan başqa, E.Əlizadə polis şöbəsinə gətrildikdən sonra onun üzərinə baxış keçirilib və onun üstündən narkotik maddələrin satışından əldə edilmiş 500 manat aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Qeyd edək ki, E.Əlizadə əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb edilib.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ


















