Kürdəmir sakini qonşusunu güllələyərək öldürüb - VİDEO

Kürdəmir rayonunda 30 yaşlı kişi qonşusu tərəfindən güllələnərək öldürülüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Belə ki, Kürdəmir rayon sakini, Nəsrəddin Tusi küçəsi 3a ünvanında qeydiyyatda olan 44 yaşlı Mübariz Əlirza oğlu Əhmədov qısqanclıq zəminində qonşusu, 30 yaşlı Elsəvər İbrahimxəlil oğlu Məmmədovu ov tüfəngi ilə vurub. Yaralı ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyyə şöbəsinə yerləşdirilərək dərhal əməliyyata alınıb. Ancaq həkimlərin səyinə baxmayaraq, E.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Kürdəmir rayon Polis şöbəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Mübariz Əhmədov saxlanılıb. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












