Kürdəmirdə evdən 3000 manatlıq məişət avadanlığı oğurlanıb - FOTO

Kürdəmir rayonunda evdən 3000 manatlıq məişət avadanlığı oğurlanıb. Avtosfer.az "Report"a istinadən məlumatına görə, 1974-cü il təvəllüdlü Elçin Saday oğlu Səlimov Kürdəmir rayonu, Ə.Abdullayev küçəsi, ev 31 ünvanındakı evinin mətbəxindən və yataq otağından 3 000 manat dəyərində məişət avadanlığının naməlum şəxs və ya şəxslərin oğurlaması ilə bağlı rayon polis şöbəsinə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonu, Xırdapay kənd sakini, 1982-ci il təvəllüdlü Qabil Kamal oğlu Süleymanovun noyabrın 18-də Kürdəmir şəhəri, Ə.Abdullayev küçəsi 31 ünvanında yerləşən evə daxil olaraq 1 ədəd “Samsung” markalı soyuducunu, 1 ədəd “Samsung” markalı paltaryuyanı və 1 ədəd “Rotex” markalı televizoru oğurladığı müəyyən edilib. Həmin şəxs saxlanlıb, oğurladığı əşyalar isə maddi sübut qismində istintaqa təqdim olunub. Faktla bağlı Kürdəmir rayon Polis şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
















