Kürəkən qayınanasını və həyat yoldaşını qətlə yetirib - Bakıda

Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib. “Report” xəbər verir ki, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərova və 1987-ci il təvəllüdlü Günay İsgəndərova Naximov küçəsində yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriliblər. M.İsgəndərovanın oğlu evə qayıdarkən qadınları evdə qan içində görüb və bu barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.
Aydın olub ki, G.İsgəndərova bir müddət əvvəl həyat yoldaşından ayrılaraq qardaşının və anasının yaşadığı evə köçüb. G.İsgəndərovanın əri (hələlik adı açıqlanmır) bu gün axşam saatlarında onun yaşadığı evə gələrək həyat yoldaşını döyüb, buna müdaxilə edən M.İsgəndərovanı da bıçaqlayıb. Bundan sonra o, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri vurub. Hər iki şəxs çoxlu qan itirmədən ölüb.
Hadisəni törədən şəxs evdən çıxaraq məsuliyyətdən yayınmaq üçün naməlum istiqamətdə qaçıb.
Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi axtarır.
Faktla bağlı cinayət işi başlanılıb.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










