Kürəkən qayınatasının evindən oğurluq edib - FOTO

Bərdədə kürəkən qayınatasının evindən oğurluq edib. Ötən ilin dekabrında rayon sakini Vahid Xanməmmədov Bərdə Rayon Polis Şöbəsinə müraciət edərək evindən 5000 manat pulunun oğurlandığı barədə məlumat verib. Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüqar İbrahimov və Tərtər rayon sakini Vüqar Baxşəliyev saxlanılıb. Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Aqil Əliyevin verdiyi məlumata görə, istintaq-əməliyyat tədbirləri ilə onların digər cinayətinin də üstü açılıb. Belə ki, həmin şəxslərin cari ilin fevralında Bərdə rayon sakini Məzahir Cəfərovun evindən 22230 manat pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.
Report
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














