Kürəkənini "kislota" ilə yandıran qadının məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini "kislota" ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə elan olunub ki, K.Əsədovanın barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmənin baxış iclası dekabrın 7-nə təyin edilib. Qeyd edək ki, K.Əsəsdova bu ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağalə oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. K.Əsəsdova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsədn sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO












