Kürəkənini yandıran Tovuz sakini tutuldu

Tovuzda yeznəsini benzin töküb yandıran şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Tovuz rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, faktla bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəcəsində hadisəni törədən Ələkbərov Vüqar İman oğlu saxlanılaraq Tovuz rayon Prokurorluğuna təhvil verilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb. Xatırladaq ki, hadisə oktyabrın 4-də gecə saat 1 radələrində rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakini, Ələkbərov Vüqar İman oğlu bacısının əri, 1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurub. Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata əsasən hadisə E.Ələkbərovun ailəli olduğu halda başqa qadınla münasibətinin ortaya çıxması faktına görə baş verib. Gecə saat 1 radələrində V.Ələkbərov E.Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu bildirib. Nəticədə qayın və yeznə arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












