Kuryer qiymətləri artacaq – Mopedlərə dair dəyişikliyin məntiqi nəticəsi budur

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
"Bu, qiymət artımına gətirib çıxaracaq".
Bunu “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib. sinə əsasən, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. Qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması da nəzərdə tutulur.
Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunlu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.
Rövşən Həsənov qanuna dəyişikliyin həm müsbət, həm də mənfi cəhətlərini sadalayıb:
“Müsbət tərəflərindən danışsaq, dövlət qeydiyyat nişanı və sürücülük hüququ olmayan mopedlərə nəzarət etmək çox çətindir. Hətta qeyri-mümkündür. Onların hər birinin inzibati xətasını kamera vasitəsi ilə izləmək, müəyyən etmək mürəkkəb prosesdir.
Amma moped sürücülərin təhlükəli manevrlərinin qarşısının alınması baxımından, bu dəyişiklik yaxşıdır”.
Ekspert vurğulayıb ki, qabaritlə bağlı tətbiq ediləcək qadağa qiymət artımına səbəb ola bilər:
“Hazırda bir çox daşıma mopedlər vasitəsi ilə həyata keçirilir və bunların qabaritləri azalacaqsa, o zaman necə olacaq? Belə olan halda, doğrudan da qiymət artımı yaranacaq”.
Xatırlatma: Qanun layihəsi Milli Məclisdə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












