Kütləvi davada təqsirləndirilən şəxslər azadlığa buraxıldı - Bakıda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda kütləvi davada təqsirləndirilən Səid Abbasov və Orxan Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Orxan Səfərovun vəkili Ceyhun Yusifov çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sonra son söz deyən təqsirləndirilən şəxslər günahsız olduqlarını bildiriblər.
Daha sonra məhkəmə hökmü elan olunub. Hökmə əsasən, Səid Abbasova 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib, Orxan Səfərov barəsində isə bəraət hökmü çıxarılıb. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. İttiham görə, təqsirləndirilən şəxslər Bakıda bir qrup şəxslə birlikdə tanışlarına qarşı xuliqanlıq ediblər, ona ağır dərəcəli bədən xəsarəti yetiriblər.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












