Lapis-Lazuli dəhlizi ilə daşınan ilk yüklər Gürcüstana daxil olub

Lapis-Lazuli beynəlxalq nəqliyyat marşrutu ilə ilk pilot daşınma çərçivəsində 9 tır Gürcüstan ərazisinə daxil olub. Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili bildirib. O deyib ki, ilk pilot dəhliz üzrə kənd təsərrüfatı məhsulları və pambıq ipliklərindən ibarət yüklər Əfqanıstandan Türkiyəyə ixrac olunacaq: “Lapis-Lazuli dəhlizi Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın ən yaxşı nümunəsidir. Yüklərin bu dəhlizlə maneəsiz daşınması çox vacibdir. Test rejimində yüklərin uğurlu daşınmasından dəhlizin gələcək inkişafı asılıdır. Bu dəhliz vasitəsilə yüklərin mütəmadi olaraq daşınması bizim maraqlarımıza cavab verir”.
A.Saqiraşvili qeyd edib ki, Lapis-Lazuli dəhlizinin istifadəyə verilməsi Gürcüstanın tranzit potensialının inkişafına və əlavə yüklərin cəlb olunmasına töhfə verəcək.
Qeyd edək ki, Lapis Lazuli marşrutu barədə saziş Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında ötən ilin noyabrında Aşqabadda imzalanıb.
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır








