Ləğv prosesində olan bankın vəzifəli şəxsinin ibtidai istintaqı yekunlaşıb

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin vəzifəli şəxsi - Ramin Şərifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd edək ki, Ləğv etmə prosesində olan “Gəncəbank” ASC-nin ipoteka kreditlərində aşkar olunan pozuntuların araşdırılması nəticəsində bankın vəzifəli şəxsi R.Şərifov barəsində cinayət işi başlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, rüşvət vermə və vəzifə saxtakarlığı ittiham irəli sürülüb. Məlumata görə, bankda baş verən rüşvət və mənimsəmə hallarının böyük bir hissəsi verilmiş ipoteka kreditlərinin payına düşür.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












