Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayırılıb

Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, digər sahələrdən gələn gəlirlərin artırılması, qeyri-neft sektorunun sürətli inkişafı respublikada aparılan iqtisadi islahatların əsas istiqamətlərindəndir. Qeyri-neft sektorunun iqtisadi cəhətdən ən sərfəli sahələrindən biri hesab edilən turizmin inkişafı ilə bağlı son illərdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə edilib, o cümlədən turizm obyektlərinin sayı çoxalıb, xidmət səviyyəsi yüksəlib, yerli əhalinin milli turizmə marağı, eləcə də ölkəyə səfər edən turistlərin sayı xeyli artıb. Ölkənin əsas turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə və əks istiqamətdə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi üçün Ağdaş rayonu ərazisində yerləşən Ləki stansiyasının yaxınlığından uzunluğu 43 kilometr olan yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə əlyetərliyin təmin edilməsinə öz töhfəsini verəcək. Sərəncama əsasən, Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikintisi işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.7-ci yarımbəndində göstərilmiş məbləğin 30 milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb. Ləki-Qəbələ dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin həyata keçirilməsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilib.
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA










