“Lənətlənmiş” sürüşmə zonasının sakinləri: “Yollarda qalmışıq” - VİDEO

Badamdar 20-ci sahə ərazisinin sakinləri yolun açılmasını, eləcə də sürüşmə zonasının üst hissəsində olan evlərdə komunal xidmətlərin bərpasını istəyir. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mayaklarda və torpaq səthinə yerləşdirilən reperlərdə dəyişikliklər müşahidə olunmur.
Rafiq Həsənov - Geoloji Planlama Ekspedisiyasının Dəstə Rəisi: "Bu o demək deyil ki, sürüşmə, uçqun prossesi tam başa çatıb. Hal-hazırda ərazidə vəziyyət stabil-gərgin olaraq qalmaqdadır. İstənilən an aktivlik baş verə bilər. Atmosfer yağıntıları, küləyin təsiri və digər texnogen təsirlərdən aktivlik baş verə bilər".
Ərazinin üst hissəsində qazılan subartizan quyularında isə işlər başa çatdırılıb. Su çəkilərək kanalizasiyalara yönləndirilir. Sürüşmə zonasının böyük əksəriyyətində isə yaşayış var. Kommunal xidmətlərin verilişi isə bərpa edilməyib. Sakinlər elektrik enerjisini generatordan, suyu isə marketlərdən alırlar. Badamdar 20-ci sahə yolunun sol kənarında məskunlaşan sakinlər isə adıçəkilən yolun bağlı qalmasının onlara çətinliklər yaratdığını deyirlər.
Sakin: "Çoxdandır ki, yollar sürüşməyə görə bağlanıb. Qalmışıq yollarda. Gedib, gələ bilmirik. Marşurut işləmir".
Sakin: "Keçən ayın on üçündən piyada gedib, gəlirik".
Rafiq Həsənov isə sözügedən çətinliklərin aradan qaldırılması üçün ərazidə mühəndis işlərinin aparılacağını deyir: "Ərazidə dəqiq mühəndisi geoloji araşdırmalar aparılmalıdır. Bu araşdırma işlərindən sonra yekun söz deyilə bilər. Həm yolun açılması istiqamətində, həm də digər problemlərlə əlaqədar". Marşrut avtobusları isə yalnız yolda hərəkətin bərpa olunacağı halda həmin istiqamət üzrə hərəkət edə biləcək.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












