Lənkəran çayının üzərindəki körpü qəzalı vəziyyətdədir - VİDEO

Lənkəran rayonunun Şovu kəndində yaşayan bir neşə ailə Lənkəran çayının sol sahilindən sağ sahilinə keçməkdə çətinlik çəkir. Avtosafe.az-ın məlumatına görə, kənddə bir neçə ailə çayin o tərəfində yaşayır. Onları birləşdirən isə təhlükəli vəziyyətdə olan bu körpüdür. Ərazidə 30 il əvvəl kəndin əkin sahələrinə getməkdən ötrü qurulan asma körpü artıq ömrünü başa vurmaq üzrədir. Sakinlər deyirlər ki, dəmir tros və taxtadan olduğundan payız və qış aylarında körpü əsl təhlükə mənbəyinə çevrilir. Körpünün hündürlüyü 10 metr olsa da çaya sel gələndə gediş-gəlişdə problemlər yaradır. Sakinlər deyir ki, keçən il çaya gələn sel əvvəlki körpünü dağıdaraq yarasız hala salıb. Sakinlər də öz vəsaitirləri ilə bu körpünü yenidən bərpa edə biliblər. Sözü gedən ərazi Rvo kənd ərazi vahidliyinə daxildir. Kənd bələdiyyəsinin sədri Kamal Hüseynov bildirdi ki, bələdiyyənin ərazisinə daxil olan kəndlərin əkin sahələrinə, eləcə də son illərdə yeni tikilən evlərə getməsi üçün əsas yol asma körpüdən deyil, Siyabılı kəndinin ərazinində olan körpüdəndir. Yəni çayın o tayı ilə əlaqə mövcud olduğu üçün yeni körpünün tikintisinə ehtiyac yoxdur. O ki qaldı bu asma körpüyə, ondan yalnız piyadalar yolu qısaltmaq üçün istifadə edir. Məlumata görə, ərazidə sovet dövründən ferma təsərrüfatı olub və yaşayış olmayıb. Asma körpü də məhz o fermaya və əkin sahələrinə qısa yolla getməkdən ötrü qurulub. Hazırda isə çayın sol sahilində bir neçə ailə məskunlaşıb.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










