Lənkəran sakini və oğlu qohumlarını döyüb

Lənkəranda qayınata və qayın qohumlarını döyüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Haftoni qəsəbəsində baş verib. Kənd sakinləri 1962-ci il təvəllüdlü Nicat Şabanov və oğlu Şahin Şabanov həmkəndliləri olan 1951-ci il təvəllüdlü Nigar Muradova Ağaxan qızının evinə gələrək ev sahibinə, bu evdə yaşayan Nigarın bacısı 1957-ci il təvəllüdlü Əminəyə ağır bədən xəsarətləri yetiriblər. Zərərçəkənlərin sözlərinə görə atasına köməyə gələn Ş.Şabanovun əlində bıçaq olub. Onlar bu ailənin üzvlərini ölümlə təhdid ediblər. Bundan başqa, 4 ildir evlərində gəlin olan, iki uşaq anası 1996-cı il təvəllüdlü Aynur Şabanovaya da xəsarətlər yetiriblər. Bundan sonra hər iki bacının üz-gözləri, üst-başlarının qan içində olduğunu görüb evi tərk ediblər. N.Muradovanın sözlərinə görə qızı bu ailəyə gəlin köçəndən sonra onu həmişə təhqir ediblər, alçaldıblar: "Deyirlər ki, uşaqları saxla, özün çıx get ananın evinə, səni istəmirik, səni almaqda səhv eləmişik. Bu gün səhər də evlərində dava-dalaş olub. Qızım da sakitçə uşaqlar da götürüb gəlib bizə. Onlar xəbər tutan kimi hücüm çəkiblər üstümüzə, bizi bu günə qoyublar". Xəsarət alan N.Muradova və Ə. Muradova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bədənin müxtəlif nahiyələrinin travmaları ilə yanaşı Ə.Muradovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Polis qohumlarının evinə hücum çəkərək onlara xəsarət yetirən ata və oğulun izahatlarını alıb. Faktla bağlı araşdırma aparılır.
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO










