Leysan yağışı meşə yanğınlarına qarşı tədbirləri asanlaşdırır - Kaliforniyada

ABŞ-ın Kaliforniyanın şimalında yağan leysan yağışı bölgəni neçə həftədir cənginə alan meşə yanğınlarına qarşı tədbirləri bir qədər asanlaşdırır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, ötən gün son altı ayın ilk yağışından sonra alovun sönməsindən yaranan tüstü nəticəsində San-Fransiskoda və bəzi başqa yerlərdə məktəblər müvəqqəti bağlanıb. Yanğından Mühafizə Xidməti yağış sayəsində alovun yayılmasının əngəllənəcəyinə ümidvarlıq yarandığını bildirib. Bununla yanaşı, daşqın və sel ehtimalı xilasetmə işlərini çətinləşdirə bilər. Yaxın günlərdə 10-15 santimetr həcmində yağıntı gözlənilir, bəzi yaşayış məntəqələrində əhali daşqın xəbərdarlığı alıb. Xatırladaq ki, Kaliforniyada meşə yanğınları nəticəsində 80-dən çox insan ölüb, 10 mindən çox ev və tikili yanıb.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












