Leysan yağışları Oğuz rayonuda bir sıra fəsadlar yaradıb - VİDEO

Axşam saatlarından başlayaraq yağan güclü leysan yağışları Oğuz rayonuda bir sıra fəsadlar yaradıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayon ərazisindən axan Daşağıl, Əlican, Türyançay çaylarında suyun səviyyəsi bir neçə dəfə artıb. Leysan yağışları Oğuz rayonunun ucqar Muxas kəndində bir sıra fəsadlar yaradıb. Daşağıl çayda su səviyyəsinin bir neçə dəfə artması, lil və ağac qrıntılarının çoxalması nəticəsində sel-suları kəndə düşüb. Eyni zamanda dağlara yağan leysan yağışları da digər bir istiqamətdən kəndə yönəlib. Nəticədə fərdi təsərrüfatlara, həyətlərə , evlərin zirzəmilərinə, anbarlara və yaşayış sahələrinə su dolub, divarlar dağılıb. Sel fəsadlarının artdığını görən yerli icra və bələdiyyə sturukturları dərhal müvafiq qurumları məlumatlandırıb. Yerli sakinlərin köməyi ilə gecə saatlarında ahıl və qocalar, eləcə də azyaşlılar daha təhlükəsiz ərazilərə yerləşdirilib. Rayon Hövqəladə Hallar Komissiyasının ilkin araşdırmalarına görə 300 ailənin yaşadığı kənddə 100 dən artıq fərdi təsərrüfata ciddi ziyan dəyib. Hazırda Muxas kəndində təsərrüfatlara dəyən zərərin miqdarı araşdırılır.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












