Leysan yağışları yağdı: 7 ölü, 116 yaralı

Tayvanın mərkəzi və cənub rayonlarında leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 7 nəfər həlak olub, 116 nəfər isə xəsarət alıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, avqustun 26-da əlverişsiz hava şəraiti ilə əlaqədar bu bölgələrin nəqliyyat əlaqəsində problemlər yaranıb, dəmiryol qatarlarının və bərələrin hərəkəti qismən dayanıb, sürət şoselərinin bəzi hissələri bağlanıb. Təxminən 600 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Meteoroloqların verdiyi məlumata əsasən, adada avqustun 23-dən başlayan yağışlar bu həftənin sonlarına qədər səngiməyəcək. Hazırda yerli hökumət orqanları təbii fəlakətdən zərər çəkən bütün rayonlarda xilasetmə əməliyyatlarını davam etdirir. Həmçinin əhaliyə torpaq sürüşməsi təhlükəsi barədə də xəbərdarlıq olunub. Əlverişsiz hava şəraiti səbəbindən Tayvanın kənd təsərrüfatı sektoru ciddi itkilərə məruz qalıb. İlkin məlumata görə, maddi zərər artıq 18,35 milyon dollara çatıb. Bununla yanaşı, təbii fəlakətin zərər vurduğu məktəblərin, dövlət müəssisələrinin və digər binaların bərpası üçün 5,2 milyon dollar vəsait lazım gələcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












