Leysana görə əmlakına ziyan dəyənlər diqqət! 25 min manata qədər təzminat ala bilərsiniz - VİDEO

Dünən yağan intensiv yağış zamanı əmlaklarına ziyan dəyən vətəndaşlar 25 min manata qədər təzminat ala bilərlər. Avtosfer.az xəbər verir ki, bunun üçün vətəndaşa sadəcə icbari sığorta müqaviləsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq sənəd lazımdır. Sığortalı mənzil sahibləri dünənki yağış zamanı evlərinə dəyən ziyanın qarşılığında 25 min manataqədər təzminat ala bilər. Sığorta haqqında qanunun tələblərinə əsasən vətəndaş təbii fəlakət zamanı mənzilinə dəyən ziyanı siğorta şirkətindən tələb edə bilər. Bunun üçün isə ondan sadəcə bir neçə sənəd tələb oluna bilər. Dünənki yağış su altında qalan avtomobillərin sürücülərini də ziyana salıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəylinin sözlərinə görə, yağış altında qalan avtomobil sahibləri də dəyən ziyanın təzminatını tələb edə bilərlər. Ancaq onların avtomobili Kasko sığortalı olmalıdır. Qeyd edək ki, Bakı şəhərində əmlakın icbarisığortası illik 50 manat, Gəncə və Sumqayıtda 40 manat, bölgələrdə isə 30 manat müəyyənləşib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












