Lombarddan oğurluq edən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakıda oğurluqda təqsirləndirilən Elgiz Nuriyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rauf Əhmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 3-nə təyin edilib. Qeyd edək ki, hadisə bu il avqustun 21-də Nizami rayon ərazisində baş verib. E.Nuriyev rayon ərazisindəki lombardların birindən 200 manat pul və qızıl boyunbağı oğurlayıb. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş E.Nuriyev saxlanılıb. Nizami rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra onun digər şəxslərdən də oğurluq etdiyi məlum olub. Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş var.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












