"London taksi"si qarət edildi: sürücü döyüldü - Abşeronda

Abşeron qəsəbəsində naməlum şəxslər "London taksi"sinin sürücüsünə qarşı quldurluq edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əhmədov Nizami Fikrət oğlunun yol vərəqəsi ilə idarə etdiyi 10 TH 394 dövlət nömrə nişanlı avtomobilə Bakıda, "20 yanvar" dairəsində 3 nəfər naməlum şəxs əyləşərək Xırdalan şəhərinə getməyi sifariş verib. Avtomobili Xırdalan şəhərinin Adıgözəlov küçəsinə sürdürən həmin şəxslər orada sürücüyə zor tətbiq edərək döyüb, avtomobildən düşürüblər. Daha sonra mütəşəkkil dəstə avtomobildə olan 63 manatı və dəyəri 100 manat olan "Samsung J-3" markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıblar. Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












