“London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq edən şəxslərin məhkəməsi başlayır

Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Mehman Abbasov və Vitaliy Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Şəlalə Həsənovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu il sentyabrın 18-də saat 6 radələrində 2 naməlum şəxs Nəsimi rayonunun M.Əliyev küçəsində dayanmış “London Taxi” markalı avtomobildən sürücü, Bakı şəhər sakini Ramin İmanovun mobil telefonunu götürüb qaçıb. Sürücü avtomobili onların arxasınca sürdüyündən telefonu ataraq qaçıblar.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Abbasov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş V.Zeynalov saxlanılıblar.
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










