“London-Taxi”nin sürücüsünü soyan qardaşlar tutulub - Xırdalanda

Bakıda “London-Taxi”nin sürücüsünü hədələyərək pulunu və mobil telefonunu alan qardaşlar tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, noyabrın 26-da saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakini olan bir nəfərin idarə etdiyi “London-Taxi” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildiriblər. Xırdalan şəhəri ərazisində onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alıb hadisə yerini tərk ediblər. Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirdiyinə görə məhkum olunmuş Sahib Cəfərli saxlanılıb. Bu cinayətdə şübhəli bilinən S.Cəfərlinin qardaşı, əvvəllər qəsdən sağlamlığa zərər vurduğu üçün 2 dəfə məhkum olunmuş Mehdi dekabrın 3-də Nəsimi rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qanunsuz olaraq silah saxladığına görə axtarışda olması da müəyyən edilib.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












