Londonda ölən 34 yaşlı azərbaycanlı hamilə qadın KİM İDİ?

"İngiltərədə yaşayan soydaşımız, diaspor fəalı Natəvan Qasımzadə ömrünün 34-cü ilində vəfat edib. 1992-ci ildə Bakıda anadan olan Natəvan Qasımzadə orta və bakalavr təhsilini doğma şəhərində başa vurub. Daha sonra İngiltərənin Vestminster Universitetində hematologiya ixtisası üzrə magistr təhsili alıb və həmin ölkədə tibb sahəsində çalışmağa başlayıb".
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mayın 12-də İngiltərədə vəfat edən Natəvan Qasımzadə ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Natəvan Qasımzadə İngiltərədə diaspor fəaliyyətinə aktiv qoşularaq Azərbaycan həqiqətlərinin təbliği və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl işlər görüb:
"44 günlük Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyəti tarixi faktlara əsasən düzgün məlumatlandırmaqda fəal rol oynayıb. O, həmçinin DİDK-nın təşkil etdiyi layihələrdə iştirak edərək diaspor fəaliyyətinə töhfələr verib.
DİDK Natəvan Qasımzadənin vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verir".
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












