“Lotu Quli” Bakıya gətirilib - Ev dustağıdır

Ölkədə və ondan kınarda “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıdadır. Avtosfer.az xəbər verir ki, bu barədə Musavat.com-un əməkdaşına onun yaxın dostlarından biri danışıb. Müsahibin bildirdiyinə görə, N.Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib. Verilən xəbərə görə, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda “Quli” ev dustağı şəraitində saxlanılır.
Qeyd edək ki, N.Səlifov Azərbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra ötən ilin oktyabr ayında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşib. Ancaq iki aydan artıqdır ki, Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi, Türkiyə isə bu “göstərişi” yerinə yetirmək istəmirdi. Belə görünür ki, artıq çıxış yolu tapılıb – “Quli” uzun illər cəza çəkdiyi ölkəyə göndərilib.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












