Lotu Qulinin cəzalandırdığı “qanuni oğru” dindar oldu – FOTO

Kriminal aləmdə “Zviad Tbilisski” kimi tanınan “qanuni oğru” Zviad Ozmanyan barəsində xüsusi rejimli həbsxanada 14 il həbs və 4 milyon rubl cərimə təyin olunması istənilib. O, Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayət iyerarxiyasında ən yüksək mövqedə olmaq) ittihamı ilə mühakimə olunur.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, istintaqın versiyasına görə, 2019–2024-cü illərdə Ozmanyan Nijni Novqorod bölgəsində bəzi islah müəssisələrinə və “obşak”a nəzarət edib, kriminal ideologiyanı təbliğ edib və “nəzarətçi”lər təyin edib.
Prokurorluq hesab edir ki, onun “qanuni oğru” statusu tam sübuta yetirilib. İttihama əsasən, o, cinayət gəlirlərini bölüşdürüb, cinayətkar qruplara rəhbərlik edib və məhkumlar arasında mübahisələri həll edib.
Eyni zamanda bildirilir ki, o, 2013-cü ildə Moskvada “taclandırılıb”. Daha sonra Türkiyə və Rusiyada digər “qanuni oğruların” “taclandırılmasında” iştirak edib.

Təqsirləndirilən şəxs günahını qəbul etmir. O bildirib ki, 2019-cu ildə “qanuni oğru” statusundan imtina edib və bu barədə rəsmi olaraq məlumat verib. Onun sözlərinə görə, ittiham şahidləri onu məsuliyyətdən yayınmaq üçün şərləyiblər.
Ozmanyan həmçinin qeyd edib ki, o, ciddi nəzarət altında tək kamerada və əlaqə vasitələri olmadan saxlanıldığı üçün cinayətkar şəbəkəni idarə edə bilməzdi. Onun sözlərinə görə, statusdan imtina etdikdən sonra dini fəaliyyətlə məşğul olub və cəzaçəkmə müəssisələrində ibadət otaqlarının təşkilində iştirak edib.
Müdafiə tərəfi hesab edir ki, statusdan könüllü imtina onu cinayət məsuliyyətindən azad etməlidir və işdə cinayət tərkibi yoxdur. Vəkillər prokurorluğun təqdim etdiyi sübutları, o cümlədən ekspert rəyini yetərsiz və əsassız adlandıraraq bəraət hökmü istəyiblər.
Aprelin 23-də təqsirləndirilən şəxs son sözünü deyəcək, bundan sonra məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedəcək.
Qeyd edək ki, Zviad Ozmanyan 2013-cü il fevralın 11-də Moskvada “qanuni oğru”lar Temuri Mirzoev, Gizo Kardava, Salmanul-Parusey Abdurzakov, Revaz Kaxmazov, azərbaycanlı Vaqif Süleymanov, Baxış Əliyev və digər kriminal “avtoritetlər” tərəfindən “taclandırılıb”. Həmçinin bir neçə il əvvəl mərhum azərbaycanlı “qanuni oğru” Lotu “Quli”nin dostları Zviad Tbisskini “oğru” adından məhrum ediblər. Buna səbəb onun “ümumi fond” üçün yığılan pulları oğurlaması olub.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












