"Lukoil" Azərbaycanı tərk edir - Tarix açıqlandı

Rusiyanın "Lukoil” şirkəti ABŞ sanksiyaları səbəbindən "Şahdəniz” layihəsindəki 19,99 faizlik payını 13 dekabra qədər satmağa çalışacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "haqqin.az" məlumat yayıb.
Bildirilir kim sanksiyalar qüvvəyə mindikdən sonra şirkətin bütün beynəlxalq bank əməliyyatları bağlanacaq və bu vəziyyət "Lukoil”in layihə üzrə öhdəliklərini yerinə yetirməsinə imkan verməyəcək.
Məlumata görə, dekabrın 13-dən sonra şirkət "cash call” adlanan maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək. Bu ödəniş hissəsi layihənin davamlı işləməsi üçün ayrılan vəsaitdir və yalnız ABŞ dolları ilə həyata keçirilir. Öhdəliklərin təmin olunmaması "Lukoil”i 13 fevral 2026-cı il tarixindən etibarən defolt riski ilə üz-üzə qoyur.
"Şahdəniz” layihəsi şirkət üçün strateji əhəmiyyət daşıyır. 2022-ci ildə "Lukoil” "Petronas"a məxsus əlavə 9,9 faizlik payı 1,45 milyard dollara alaraq iştirak payını 19,99 faizə yüksəltmişdi. Hazırda yataqda illik hasilat 28 milyard kubmetrə qədər çatır və şirkətin payının satışından bir neçə milyard dollar əldə etməsi ehtimal olunur.
Ümumi ehtiyatı təqribən 1,2 trilyon kubmetr təşkil edən "Şahdəniz”dən bu günə qədər 270 milyard kubmetr qaz çıxarılıb.
Mənbənin sözlərinə görə, "Lukoil”in payına ən ciddi iddiaçı kimi ABŞ şirkətləri göstərilir. Onlar hazırda layihədə iştirak etmirlər və yeni giriş imkanları axtarırlar.
ABŞ Maliyyə Nazirliyi "Lukoil”in xarici əməliyyatlarına 21 noyabrdan 13 dekabra qədər müvəqqəti icazə verib. Bolqarıstanda isə şirkətə 2026-cı ilin aprel ayına qədər maliyyə əməliyyatları üçün istisna tanınıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












