“Lukoil”lə bağlı qərar verildi - Bu müddət ərzində …

İraq hökuməti Rusiyanın “Lukoil” şirkətinə məxsus Qərbi Qurna-2 neft yatağının milliləşdirilməsi planını təsdiqləyib. Bu barədə Reuters dövlət neft şirkəti Basra Oil Company nümayəndələrinə istinadla məlumat yayıb. Avtosfer.az “Konkret.az”a istinadən xəbər verir ki, mənbələrin bildirdiyinə görə, yatağın milliləşdirilməsi ABŞ sanksiyaları səbəbindən yarana biləcək istehsal və əməliyyat fasilələrinin qarşısını almaq məqsədi daşıyır. Aktivin idarə olunması Basra Oil Company-yə həvalə ediləcək.
Şirkət nümayəndəsinin sözlərinə görə, əsas məqsəd sanksiyalar fonunda İraqda mövcud olan qeyri-müəyyənlik şəraitində istehsalın fasiləsizliyini təmin etməkdir:
“Biz 12 ay ərzində ‘Lukoil’in payının potensial alıcılarını axtaracağıq. Bu müddət ərzində Basra Oil Company yerli işçilərin əməkhaqqını, əməliyyat xərclərini və subpodratçılara ödənişləri Magrun (Majnun) neft yatağına bağlı hesab vasitəsilə qarşılayacaq ki, proses daha sadə və çevik olsun”, – deyə o bildirib.
Qeyd edək ki, “Lukoil” ötən ilin noyabrında Qərbi Qurna-2 yatağında fors-major vəziyyəti elan etmişdi. Buna səbəb ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyalar olub. Şirkətin aktivlərini almaq üçün təxminən on investor müraciət edib. Onların sırasında ABŞ-ın iri neft nəhəngləri Exxon Mobil və Chevron, eləcə də Carlyle adlı özəl investisiya şirkəti də var.
Rusiya şirkəti 22 oktyabr tarixində ABŞ-ın SDN siyahısına salındıqdan sonra – bu isə ən sərt məhdudiyyətləri nəzərdə tutur – xaricdəki aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.
Hazırda Qərbi Qurna-2 yatağında hasilat stabil olaraq sutkada 465 min – 480 min barel səviyyəsində qalır. İraq hökuməti əməliyyatların maliyyələşdirilməsi üçün dövlət neft treyderi SOMO tərəfindən xam neft satışından əldə olunan gəlirlər hesabına Magrun yatağına bağlı hesabdan istifadə edilməsinə icazə verilməsini xahiş edib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












