“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur

Rusiyanın Voloqda vilayətində yanacaq təchizatı məsələləri üzrə operativ qərargahın iclası keçirilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Georgi Filimonov məlumat verib. Qubernator ölkənin bir neçə regionunda yanacaqla bağlı ajiotaj yaşandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, yanacaqdoldurma məntəqələrində növbələrə və spekulyasiya riskinə səbəb olur.
Filimonov Voloqdada yanacaq çatışmazlığının olmadığını, eləcə də vilayətə benzin və dizel yanacağı tədarükü ilə bağlı vəziyyətin nəzarət altında olduğunu söyləsə də, “Lukoyl” şirkətinin ölkə üzrə yanacaqdoldurma məntəqələrində bir sıra məhdudiyyətlər tətbiq etdiyini diqqətə çatdırıb.
Tətbiq olunan məhdudiyyətə əsasən, avtomobillər üçün maksimum 30 litr benzin və 60 litr dizel yanacağının satılmasına icazə verilir. Bidonlarla yanacaq satışı dayandırılıb. Trassların kənarında yerləşən yanacaqdoldurma məntəqələrində isə ayrıca limitlər tətbiq olunur: maksimum 30 litr benzin və 200 litr dizel.
Region qubernatoru sabit təchizatı təmin etmək və məhdudiyyətləri aradan qaldırmaq üçün əsas yanacaq təchizatçıları ilə əlaqə saxladığını açıqlayıb. O həmçinin region sakinlərinə nəqliyyat vasitələrinə lazım olduqda yanacaq doldurmağı, süni ajiotaj yaratmamağı və yalnız rəsmi məlumatlara etibar etməyi tövsiyə edib.
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO












