Mağaza və avtomobillərdən oğurluq edən qrup üzvləri saxlanılıb - Bakıda

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 10-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 4 nəfərdən ibarət qrup üzvləri saxlanılıb. Araşdırmalarla onların Yevlax rayon sakinləri Bəxtiyar Zamanov, Aidə Hüseynova və digər 2 nəfərin yeniyetmə olduqları məlum olub. B.Zamanovun və bir yeniyetmənin aprelin 30-da paytaxtın Nizami rayonu ərazisindəki mağazaların birindən 12 ədəd mobil telefon və notbuk oğurlamaları da müəyyən edilib. Polis əməkdaşları tərəfindən 3 mobil telefon maddi sübut kimi onlardan götürülüb. Keçirilmiş növbəti əməliyyat tədbirləri ilə 3 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Məmmədov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Emin
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO

















