Mağazadan 17 min dollarlıq oğurluq olub - FOTO

Türkiyə vətəndaşı Temiz Serkan Necati Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus, rayon ərazisindəki pərdə-tül mağazasına sentyabrın 11-dən 12-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradakı seyfdən 17 min dollar məbləğində pul oğurlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada sürücü işləyən Ağasəf Seyidov şübhəli qismində saxlanılıb. İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və bu işdə ona tanışı Elmir Əliyevin kömək etdiyini bildirib. Davam etdirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsi olaraq Elmir Əliyev respublikanı tərk etmək istəyən zaman saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Namiq
Azərbaycan indiyə qədər hansı süni intellekt texnologiyasını istehsal edib? - RƏSMİ
28 marşrutun hərəkət sxemi dəyişdirilir - Sərnişinlərin diqqətinə!
Bu küçədə taksi duracağı ilə bağlı dəyişiklik edildi - FOTO
ADY-nin mobil tətbiqindən istifadə edənlərin sayı 400 mini keçib - RƏSMİ
“Bakı-Tbilisi-Qars” xəttinin yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb - ADY sədri
Abşeron dairəvi dəmir yolunda yeni marşrutlar açılacaq - RƏSMİ
Yük sahibləri dəmiryol ofisinə getmədən xidmətlərdən istifadə bilərlər – ADY sədri
Ağacların budanması üçün 4 ay əvvəl müraciət edib; növbə gəlib çatmayıb - ŞİKAYƏT
Azərbaycanda benzinin qiyməti bu qədər artacaq
Bu yollarda sıxlıq var - SİYAHI
Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər - VÜSAL ASLANOV - FOTOLAR










