Mağazadan 7 min manat oğurlayan şəxs tutulub

Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhəri ərazisindəki kompyuter satışı mağazalarının birindən pul oğurlanması və orada yanğın törədilməsi barədə müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə gələn Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və mağazadan 7000 manat pulun oğurlandığı, habelə oradakı 1 ədəd kompyuter və onun hissələrinin yandırıldığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini Fərid Cəfərov olduğu məlum olub. Mağazadan oğurlanmış həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












