Mağazadan oğurluq edən 4 qadın müşahidə kamerasına düşüb - FOTO

Lənkəranda mağazadan oğurluq edən 4 qadın müşahidə kamerasına düşüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin mərkəzi bazar ərazisindəki ticarət obyektində baş verib. Geyim mağazanın sahibi Ramin Axundovun bildirdiyinə görə, əvvəllər də mağazadan bəzi mallar əskik gəlirmiş. Bu səbəbdən mağazaya müşahidə kameraları quraşdırıb. Bu gün səhər saatlarında orta yaşlı dörd qadın azyaşlı uşaqları ilə birlikdə mağazaya gəlib: "Kamera çəkilişlərindən də göründüyü kimi, bir qadın mağazanın bayır tərəfindəki piştaxtaya yaxınlaşaraq mallara göz gəzdirir. Sonra birini götürüb gözəyarı ölçür, sonradan yerinə qoyur. Bu zaman digər iki qadın alıcı qismində ora yaxınlaşır. Birinci qadın sıxlıqdan istifadə edərək həmən şalvarı yenidən götürür, digər qadına göstərirmiş kimi hərəkət edir və şalvarı əlindəki sellofanı torbaya qoyur. Eyni zamanda ikinci qadın da götürdüyü malı gizlədir. Beləcə qadınlar mağazadan növbə ilə bir neçə məhsulu qanunsuz yolla çıxarırlar". Qadınların şübhəli davranışlarından sonra kameranın yaddaşına baxış zamanı mağazadan oğurluq edildiyi aydınlaşıb. Mağaza sahibi hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib. Faktla bağlı araşdırma aparılır.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

















