Mağazadan oğurluq etmək istəyən şəxs saxlanılıb - Gəncədə

Gəncədə oğurluq edən şəxs saxlanılıb. DİN mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosuna verilən məlumata görə, mayın 12-də səhər saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxs tərəfindən sındırıldığı və mağazanın kassasından oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və maddi subutla birlikdə (kassadan oğurladığı 450 manatla) ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib. İstinaq zamanı mağazaya daxil olan şəxsi Gəncə şəhər sakini Sərdar Pənahovun olduğu müəyyən edilib. Onun başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












