Magistral yolların kənarında sürücülər üçün istirahət yerləri qurulacaq

Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti olan məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev deyib. O bildirib ki, iş və istirahət rejimi ilə bağlı ölkə başçısının müvafiq fərmanı var: “Söhbət yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin taxoqraf cihazı ilə təmin olunmasından gedir. Hazırda bununla bağlı işlər görülür. 2011-ci ildə beynəlxalq yükdaşımalarda bu tətbiq edildiyindən, artıq bununla bağlı təcrübə var. Sürücülər həmin kartlarla təmin edilib və kartlar taxonet beynəlxalq şəbəkəsinə qoşulub. Hətta xarici ölkələrin sürücüləri də bu kartı bizdən əldə edir. Bu təcrübə olduğu üçün ölkədaxili yük və sərnişindaşımalarda bu tətbiq olunacaq. Həmçinin magistral yolların kənarlarında istirahət üçün yerlər qurulacaq. Yəni ölkələrarası hərəkət edən sürücülər burada istirahət etməlidir. Bundan başqa, daxili yükdaşımada iştirak edən sürücülər də buradan istifadə edə biləcək”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












