Makron may ayında Ermənistana niyə gedir? - Politoloq səbəbləri AÇIQLADI

Makron mayda Ermənistana səfər etməyi planlaşdırır. Bunu Avropa Siyasi Birliyi Sammitində iştirakla əlaqələndirirlər. Lakin beynəlxalq ictimaiyyət Fransanın Ermənistanla münasibətlərin yeni mərhələsinə başlayacağını müzakirə edir. Buna səbəb ABŞ-nin Ermənistanda atom enerjisinə investisiya etməsidir. Son dövrlər Ermənistanın adının sadəcə Vensin səfəri zamanı çəkilməsi, bu ölkənin geosiyasi gündəmdə unudulması Makronu hərəkətə keçməyə məcbur edirmi?
Politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a verdiyi açıqlamada bildirib ki, Emmanuel Makron Şarl de Qolun siyasi xəttini davam etdirir.

"Şarl de Qol siyasətini məhz Fransanın Avropa İttifaqına liderliyini ələ almaq və eyni zamanda ABŞ-ni həm qlobal siyasətdən, həm də Avropanın daxili siyasətindən uzaqlaşdırmaq idi. Yəni, bugün Makronun aparmaq istədiyi siyasət məhz bu xəttə əsaslanır.
Eyni zamanda, nəzərə alsaq ki, Fransa uzun müddətdir ki, Ermənistanda öz hegemoniyasını qoruyub saxlamağa çalışırdı və Ermənistanda çox güclü idi, son dövrlərdə, bəli, Nikol Paşinyanın ABŞ ilə yaxınlaşması Fransanı çətin vəziyyətə salıb. Fransa artıq Ermənistanı itirmək təhlükəsiylə üz-üzə qaldığına görə müəyyən addımlar atmaq istəyir.
Digər tərəfdən Emmanuel Makronun İrəvan səfəri də məhz bu kontekstdə olacaq və əsas diqqət Ermənistan-Fransa əlaqələrinin inkişafına yönələcək. Burada müəyyən razılaşmalar da ola bilər, müəyyən sənədlərin imzalanması da gözləniləndir və təbii ki, yeni bir təşəbbüslərin meydana gəlməsi Fransa və Ermənistan əlaqələrinin daha da inkişaf etdirilməsi barəsində rəsmi Parisdən bəzi təkliflər ola bilər. Səfərdən sonra ümumilikdə Ermənistan-Fransa əlaqələrinin biz müəyyən dərəcədə genişlənməsinə şahid ola bilərik.
Təbii ki, Ermənistanın Fransayla münasibətləri yüksək səviyyədə saxlaması əslində, Ermənistan üçün yaxşı bir nəticəyə gətirib çıxara bilər. Ancaq bu müttəfiqlik, yəni iki ölkənin yaxınlığı yalnız və yalnız onların öz xeyri üçün istifadə olunursa, yəni kiməsə qarşı, başqa bir dövlətə qarşı bu birlikdən istifadə etməsələr, məsələn, Fransanın birinci cəhdi rüsvayçılıqla nəticələndi Ermənistan üçün, davamlı şəkildə Azərbaycan qarşısında Ermənistana dəstək vermək niyyətini ifadə edirdi. Nəticə itibarilə, bu siyasət də puç oldu. Buna görə də Fransanın niyyəti indi səmimidir və keçmişdən dərs çıxarmaq istəyirsə rəsmi Paris, düşünürəm ki, Ermənistanla ikitərəfli münasibətlərin qorunub saxlanması istiqamətində adımlar ata bilər”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












